Ölkə

ATU-nun keçmiş məzunlarının 25 illik yubileyi qeyd edilib – FOTO

ATU-nun keçmiş məzunlarının 25 illik yubileyi qeyd edilib – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibb işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Tibb Universitetinin 1992-1998-ci illərdə təhsil almış məzunlarının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Diasporpress.az xəbər verir ki, tədbir Novxanı Spring Oteldə baş tutub. Tibb işçilərinin peşə bayramına həsr olunmuş yubiley tədbirində universitetin bütün fakültələrinin məzunları təmsil olunub.

Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məzun həkimlərin görüşünə professor-müəllim heyətindən də nümayəndələr dəvət edilib.

Görüşdə həmçinin qazi və şəhid həkimlərimiz anılıb.

Məzun həkimlərlə eyni zamanda təhsil almış və II Qarabağ müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş həkimlər polkovnik-leytenant Rasim Abdullayev və leytenant Azər Şamilovun ailə üzvləri də əsas qonaqlar sırasında olublar.

Onlara tələbə yoldaşlarının adından plaketlər və hədiyyələr təqdim olunub. Yubiley tədbirinin bədii hissəsi respublikanın tanınmış estrada ulduzlarının çıxışı ilə yadda qalıb.