“Azərbaycanda aparılan islahatlar, gənclərin siyasi arenaya daxil olması böyük əhəmiyyət kəsb edir”.
DiasporPress.az Gürcüstan bürosu xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının Prezidenti Giorgi Tsereteli Tbilisidə jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Azərbaycan rəhbərliyi reallaşdırdığı islahatlar və dəyişikliklərlə demokratik prinsiplərə sadiqliyini nümayiş etdirir: “Bu dəyişikliklər, ilk növbədə, Azərbaycan xalqının maraqlarına cavab verməsinə diqqət çəkir”.
G.Tseretelinin sözlərinə görə, islahatlar deməyə əsas verir ki, Azərbaycanda seçiləcək yeni parlament daha enerjili və daha fəal olacaq.
DiasporPress.az