Ölkə

ATƏT PA-da Ermənistanın hərbi cinayətləri açıqlandı – VİDEO

ATƏT PA-da Ermənistanın hərbi cinayətləri açıqlandı – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 26-da ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasının son günü çərçivəsində qurumun Demokratiya, insan hüquqları və humanitar məslələr üzrə Ümumi Komitəsinin iclası keçirilib.

QHT.az xəbər verir ki, iclas çərçivəsində Belçikanın nümayəndə heyətinin üzvü Mark Demesmeker və İsveç nümayəndə heyətinin üzvü Byorn Soder Azərbaycana qarşı qərəzli mövqedən etdikləri çıxışa cavab olaraq Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Assambleyanın vitse-prezidenti Azay Quliyev Ermənistanın törətdiyi hərbi cinayətlərin siyahısını sadalayıb və onları bu cinayətləri törədənlərə qarşı mövqe bildirməyə çağırıb.

“Mən istərdim ki, gündəlikdə qeyd olunan məsələ ilə bağlı çıxış etdim, lakin Belçika və İsveçdən olan həmkarlarımız məni çıxışımın mövzusunu dəyişərək onlara cavab verməyə vadar etdi.

 

 

Hörmətli həmkarlar,

Əgər siz 44 günlük müharibə zamanı törədilmiş hərbi cinayətlərlə maraqlanırsınızsa, mən sizə konkret faktlarla Ermənistanın törətdiyi hərbi cinayətlərin siyahısını təqdim edirəm:

1) Münaqişə zonasından yüzlərlə kilometr uzaqda yerləşən Azərbaycan şəhərləri beynəlxalq səviyyədə qadağan olunmuş SCUD raketləri və kasetli bombalardan istifadə olunmaqla Ermənistan tərəfindən qəsdən hədəfə alındı və nəticədə 100-dən çox mülki şəxs öldürüldü və 500-ə yaxın insan yaralandı.

Yeri gəlmişkən onu da deyim ki, ATƏT ərazisində Ermənistan beynəlxalq səviyyədə qadağan olunmuş SCUD raketlərini digər ATƏT üzv ölkəsinə qarşı istifadə edən ilk ölkə oldu.

2) Ermənistan azərbaycanlı müharibə əsirlərinə qarşı qeyri-insani rəftar göstərmiş və onlara işgəncələr vermişdir. Bu məsələ ilə bağlı çoxlu fakt var və onları da sizinlə bölüşə bilərəm.

3) Hərbi əməliyyatlar zamanı Ermənistan Yaxın Şərqdən olan terrorçuları, xüsusilə də PKK və ASALA üzvlərini Azərbaycana qarşı istifadə etdi. Bu bir faktdır. Yüksək hərbi potensiala və müasir hərbi infrastruktura malik olan Azərbaycan sizin iddianızın əksinə olaraq heç vaxt bu cür qanunsuz terror təşkilatlarından və muzdlulardan istifadə etməyib, sadəcə olaraq buna heç vaxt ehtiyac duymayıb.

4) Minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməkdən imtina emtəklə Ermənistan beynəlxalq humanitar hüququn prinsiplərini pozmaqda davam edir və işğaldan azad olunmuş ərazilərdə bu ölkə tərəfindən basdırılmış minaların partlaması nəticəsində onlarla azərbaycanlı həlak olub.

5) Münaqişə bitdikdən sonra Ermənistanın 26 noyabr 2020-ci ildə Azərbaycana göndərdiyi təxribatçı qrup tərəfindən törədilmiş terror aktı nəticəsində 4 azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs yaralanıb.

Bütün bu faktlar onu sübut edir ki, Ermənistan beynəlxalq öhdəliklərini və 10 noyabr üçtərəfli bəyanatının müddəalarını kobud şəkildə pozub.

Mən sizi bu məsələləri ətraflı şəkildə araşdırmağa dəvət edirəm. Bu məsələ ilə bağlı sizinlə əməkdaşlığa və ətraflı müzakirələrə hazıram.

Sonda bildirmək istərdim ki, Ermənistan və onun tərəfdarları 44 günlük müharibədən lazımi nəticələr və dərslər çıxarmalı və 10 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasından sonra bərqərar olan sülhə töhfə verməyə çalışmalıdırlar.

Bunu etmək istəmirlərsə və ya edə bilmirlərsə, onlar ən azından bu cür təxribatlara və Azərbaycana qarşı yalan və böhtan xarakterli məlumatları yaymağı dayandırmalıdırlar.

Yekunda xatırladıram ki, təxribat xarakterli iddialar və fəaliyyətlər heç vaxt heç bir tərəfə fayda gətirməyəcək”.

 

 

Diasporpress.az