Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov, Rusiya Federasiyası; Stefan Viskonti, Fransa və Endryu Şafer, Amerika Birləşmiş Ştatları) regiona gəliblər.
DiasporPress.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu brifinqdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan söyləyib.
“Regional səfərə gəlmiş ATƏT-in Minsk qrupunun vasitəçiləri bu gün və sabah Ermənistanda olacaqlar”, – deyə A.Naqdalyan bildirib.
Qeyd edək ki, bölgəyə səfər çərçivəsində vasitəçilər Bakıya da gələcəklər.
DiasporPress.az