Dünya

AŞPA-da COVID-19 sertifikatları ilə bağlı qətnamə qəbul edildi

AŞPA-da COVID-19 sertifikatları ilə bağlı qətnamə qəbul edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) COVID-19 sertifikatları ilə bağlı qətnamə qəbul edilib.

Qətnamədə bildirilib ki, COVID-19-la bağlı məhdudiyyətlərin sosial-iqtisadi təsiri ciddidir.

Qeyd olunub ki, COVID-19 sertifikatları üçün aydın bir hüquqi baza yaradılmalı və şəxsi məlumatların qorunması ilə bağlı hərtərəfli zəmanət verilməlidir.

“COVID-19 sertifikatları verilərkən hər bir şəxs üçün tibbi, faktiki və insan hüquqları məsələləri diqqətlə nəzərdən keçirilməlidir. Əks təqdirdə bu, insan hüquqları və azadlığına mənfi təsir göstərərək ayrı-seçkiliyə səbəb ola bilər”, – deyə qətnamədə vurğulanıb.

Sənəddə AŞPA-ya üzv dövlətlər Avropa Şurası standartlarına hörmətlə yanaşmağı hədəfləyən bir sıra tövsiyələr qəbul etməyə çağırılıb.

BÜNYAMİN BÜNYADZADƏ

DİASPORPRESS.AZ