Ölkə

ASGA Şəhid Allahverdi Babayevə həsr olunan filmi təqdim etdi – MİNGƏÇEVİRDƏ (FOTOLAR)

ASGA Şəhid Allahverdi Babayevə həsr olunan filmi təqdim etdi – MİNGƏÇEVİRDƏ (FOTOLAR)backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Gənclər Fondunun dəstəyi ilə Vətən müharibəsinin Şəhidi Allahverdi Babayevə həsr etdiyi filmin Mingəçevir Gənclər Evində geniş təqdimatını edib.

Tədbirdə ASGA sədri, Şəhidin ailə üzvləri, dostları, Mingəçevir İcra Hakimiyətinin rəsmisi və gənclər iştirak ediblər. Təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov filmin 3 ay ərzində ərsəyə gəldiyini deyib.Onun sözlərinə görə “SUQOVUŞANI AZAD EDƏN KİÇİK ÇAVUŞ: Allahverdi Babayev haqqında sənədli film” layihəsi Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir: “ASGA olaraq biz son 3 ildə 5 film ərsəyə gətirmişik. Filmlərin hər biri Qarabağa həsr olunmuşdu. Bundan öncə biz Mingəçevirdən olan, aprel döyüşlərində şəhid olmuş tank komandiri Rahim Tağıyevə, eyni zamanda, 44 günlük Vətən Savaşında Şəhidlik zirvəsinə ucalan Əhmədov Əli İlqar oğlu və Əhmədov İslam İlqar oğluna film çəkmişdik. Bu dəfə isə daha bir Mingəçevir igidini dünya azərbaycanlılarına tanıtmaq niyyətindəyik. Söhbət kiçik çavuş Allahverdi Babayevdən gedir. Allahverdi Babayev 1989-cu il, martın 24-də Mingəçevir şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Allahverdi Babayev 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Allahverdi Babayev elə müharibənin ilk günündə şəhadətə qovuşub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahverdi Babayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Biz filmdə şəhidin yaxın qohumlarını, dostlarını, hərbçi yoldaşlarını danışdıraəmışıq, onun nümunəvi həyat yolunu Azərbaycan gənclərinə təqdim etmişik. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin. Müraciətimizə müsbət cavab verdiklərinə görə Gənclər Fonduna təşəkkür edirəm”.

Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmisi Tofiq Əsgərov Şəhid Allahverdi Babayevin ailəsinə icra başçısı İlham İsmayılov adından başsağlığı verib. T. Əsgərov şəhər rəhbərliyinin bütün Şəhid ailələrinə diqqətlə yanaşdığını xüsusi qeyd edib.

Sonda layihə çərivəsində hazırlanan fincan və disklər iştirakçılara təqdim olunub.

7NEWS.az