Diaspor

ASGA Rusiya nümayəndəliyinin Krasnoyarsk regional təmsilçiliyi fəaliyyətə başladı

ASGA Rusiya nümayəndəliyinin Krasnoyarsk regional təmsilçiliyi fəaliyyətə başladıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2014- cü ildə təsis   edilən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Rusiya nümayəndəliyi qısa zaman kəsiyində kifayət qədər ciddi layihələr həyata keçirib.

DiasporPress xəbər verir ki, Təşkilat ətrafında kifayət qədər ciddi gənclərin toplanıb 4 illik fəaliyyəti dövründə 30-yə yaxın tədbir, 20 dəyirmi msa, 17 layihə, 9 kütləvi aksiya həyata keçirilib.

ASGA Rusiya nümayəndəliyi Azərbaycan mədəniyyətinin Rusiyada təbliğatını davamlı şəkildə həyata keçirir. Təşkilatın Fəaliyyət sahəsi genişləndikcə güclü komandaya ehtiyac yaranır. Bu mənada Rusiya nümayəndəliyi olaraq ASGA rəhbərliyi və İdarə heyətinin qərarı ilə ASGA Rusiya nümayəndəliyinin regional təmsilçiliklərinin açılması qərarı qəbul edilib. İlkin olaraq Krasnoyarsk  təmsilçiliyi təsis edilib. Təmsilçiliyə Krasnoyarsk yerli parlamentinin deputat köməkçisi Əhməd Bayramov təyin edilib.

Xatırladaq ki, Azərbaycan Slavyan Gənclər Assosiyasiyası 2006 -cı ildə yaradılıb. İctimai Birliyinin təsisçisi və sədri Səbuhi Abbasovdur.Birliyin mərkəzi ofisi Azərbaycanda yerləşir. Rusiya nümayəndəliyi isə 2014 -cü ildə Toğrul Allahverdili tərəfindən təsis edilib. T.Allahverdili 2016 -cı il dək nümayəndəliyə rəhbərlik edib.

Qeyd edək ki, ASGA Rusiya nümayəndəliyinin sədri vəzifəsinə də yaxın günlərdə təyinat olacaq və Moskva şəhərində yeni ofisi fəaliyyətə başlayacaq.