Gələn ildən etibarən “ASAN xidmət” mərkəzlərində icbari tibbi sığorta xidmətləri əldə etmək üçün xüsusi köşklər quraşdırılacaq.
“APA-Economics”in əldə etdiyi məlumata görə, bu köşklər vasitəsilə vətəndaşlar müəyyən xidmətləri onlayn əldə edə biləcəklər. Məsələn, həkimlə konsultasiya xidməti. Bu xidmət vasitəsilə həkim tərəfindən hansı müayinələrdən keçməyə dair məlumatlar veriləcək. Ünsiyyət video-görüntü ilə həyata keçiriləcək.
Vətəndaşların müraciətləri qeydə alınacaq və bu müraciətlərin icra statusu barədə məlumat əldə etmək mümkün olacaq.
DiasporPress.az