Diasporpress.az xəbər verir ki, Argentinanın Nəqliyyat naziri Mario Meoni yol-nəqliyyat hadisəsi zamanı həlak olub.
Yerli TN telekanalı xəbər verir ki, nazirin idarə etdiyi avtomobil Jiles de San Andres şəhəri yaxınlığında aşıb.
Ölkə Prezidenti Alberto Fernandez “Twitter” səhifəsində Meoninin ölümü ilə əlaqədar başsağlığı verib:
“Sadiq, yorulmaz və dürüst bir siyasətçini itirdik. Nümunəvi bir məmur idi”.
Hadisənin baş vermə səbəbləri hazırda məlum deyil.
Diasporpress.az