Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Nizami rayonu NZS qəsəbəsində iki tələbənin zəhərlənməsi barədə məlumat yayıb.
AQTA-dan bildirilib ki, iki nəfərin qidadan zəhərlənməsi ehtimalı barədə məlumat agentliyə daxil olduqdan dərhal sonra Agentlik əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:
“İlkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir. Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub-olmaması istiqamətində araşdırma aparılır”.
AQTA-dan qeyd edilib ki, araşdırmaların yekun nəticəsi ilə bağlı məlumat veriləcək.
DiasporPress.az