Dünya

“Apple” seksizmdə günahlandırılır

“Apple” şirkəti seksizmdə günahlandırılır.

“Apple” seksizmdə günahlandırılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Apple” şirkəti seksizmdə günahlandırılır.

Nyu-York Maliyyə Xidmətləri Departamenti artıq bununla bağlı araşdırmalara başlayıb.

Belə ki, texnologiya nəhəngi “Apple”ın kredit kartı xidmətləri üçün əməkdaşlıq etdiyi “Goldman Sachs” bankının alqoritminin kredit limitlərini müəyyənləşdirərkən qadınlara qarşı ayrıseçkilik etdiyi ortaya çıxıb.

Texnoloq David Heinemeier Hansson “Twitter”də yazdığı şərhdə “Apple”ın ona həyat yoldaşından 20 qat daha çox kredit limiti verdiyini qeyd edib.

“Apple” şirkətinin həmtəsisçisi Stiv Vozniak eyni iddia ilə kredit kartı limitinin həyat yoldaşından 10 qat daha yüksək olduğunu bildirib.

Avqust ayında satışa çıxarılan “Apple” kartları iddialarla bağlı hələ heç bir açıqlama verməyib.

 

DiasporPress.az