Ötən gün Ankaradakı Estergon Türk Mədəniyyət Mərkəzində Milli Məclisin deputatı Məlahət İbrahimqzının müəllifi olduğu “ŞÜŞA: Bərabər yürüdük biz yollarda” kitabının təqdimatı keçirilib.
təqdimatda Türk Dövlətləri Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Türkiyənin 40-a yaxın deputatı, dövlət qurumlarının rəhbərləri, universitet rekrorları, siyasətçilər, Azərbaycandan 6 millət vəkili, rektor, Azərbaycanın Türkiyədəki səfiri iştirak edib.
Keçiörən bələdiyyə sədri Turgut Altınokun ev sahibliyi ilə keçirilən toplantıda Ankara Üniversitetinin rektoru Prof. Dr. Necdet Ünüvar, kitabın müəllifi Məlahat İbrahimqızı, Türkiyə parlamentinin AKP-dən olan qrup sədri Öznur Çalık, Ankara valisi Vasip Şahin, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türkiyə Xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycan -Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım çıxış edib.
Sonda azərbaycanlı müğənni Azərinin ifasında bir neçə mahnı dinlənilib.
Kitabın rəyçiləri akademik, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov və Ankara Universitetinin rektoru, professor Necdet Ünüvardır. Redaktoru isə Türkiyə Böyük Millət Məclisinin AKP-dən olan millət vəkili Öznur Çalıkdır.
Kitaba İlham Əliyev və Rəcəb Təyyub Ərdoğanın 2003-cü ildən başlayaraq 15 iyun 2021-ci il tarixinədək ikitərəfli və çoxtərəfli görüşlərindəki çıxışları, bəyanatları, eləcə də Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində imzalanmış “Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” daxil edilib.
Oxucular bu çıxışlar və kitaba daxil edilmiş bəzi sənədlər vasitəsilə bu iki görkəmli Liderin “bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə arasında qardaşlığın, dostluğun, əməkdaşlığın, işbirliyinin ildən-ilə necə güclənməsinin və iki qardaş xalqın daha sürətlə inteqrasiyası yolunda yürütdükləri müdrik siyasətin, qətiyyətli və yorulmaz fəaliyyətin şahidi olublar.