Diaspoepress.az ( Diaspor İnformasiya Mərkəzi ) xəbər verir ki, Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov və Avropa Barış Hərəkatının rəhbəri Cavid ZeynalovFevralın 22-də Ankara şəhərində Türkiyə Gənclər Birliyinin (TGB) Ankara şöbəsində görüş keçirib. TGB Ankara şöbəsinin rəhbəri Kayahan Çetin ilə görüşən Əhməd Şahidov Türkiyə-Azərbaycan münasibətləri və iki ölkə gənclərinin əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.
Xocalı soyqırımının dünyada tanınması üçün Türkiyəyə və Azərbaycan QHT-lərinin mümkün fəaliyyətini müzakirə edilib.
Qeyd edək ki, Səfər çərçivəsində Ankara şəhərində yerləşən M.Ə.Rasulzadənin və Mustafa Kamal Atatürkün məzarlarıni ziyarət edilib
Diaspor İnformasiya Mərkəzi