Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6,1 mlrd. ABŞ dollara çatıb.
DiasporPress.az-ın məlumatına görə, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Qeyd edək ki, bu il sentyabrın 30-na Mərkəzi Bankın valyuta ehtiyatları 6 034,1 mln. dollar, cari ilin əvvəlində isə 5 625,7 mln. dollar təşkil edib.
Göründüyü kimi, AMB-nin valyuta ehtiyatları son bir ayda təxminən 1%, ilin əvvəlindən isə 8,4% artıb.
DiasporPress.az