DiasporPress.az xəbər verir ki, bu gün Azərbaycan diasporunun tanınmış simalarından biri Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədovun doğum günüdür.
Elmar Məmmədov Ukraynada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin mənafeyinin qorunmasında, ümumiyyətlə, MDB ölkələri ilə siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmlənməsində müstəsna xidmətləri var.
Təsadüfi deyil ki, o, Azərbaycanla bağlı bütün tarixi günlərin, bayramların, eləcə də xalqımızın başına açılan faciələrin Ukraynada qeyd olunmasını bir missiya kimi həyata keçirən ən fəal diaspor sədri kimi tanınır.
Elmar Məmmədov Ukraynada təhsil alan gənclərin koordinasiya olunması, bu ölkədə yaşayan ziyalıların bir araya gəlməsi, Azərbaycan naminə müəyyən layihələrin həyata keçirilməsində də öndə olan şəxslərdəndir. O, Ukraynada bir neçə ali təhsil müəssisəsində “Azərbaycan guşəsi”nin yaradılması kimi mühüm işlərə imza atıb.
Elmar Məmmədov fəaliyyətinin başlıca istiqaməti həm də yaşadığı və fəaliyyət göstərdiyi Ukraynada Azərbaycana qarşı olan qüvvələrlə mübarizə, xüsusi ilə erməni əks-təbliğatının qarşısını almaq, Vətənimizlə bağlı həqiqətləri təqdim etməkdir. Bunun üçün o, Ukraynada bir neçə beynəlxalq tədbirlərin, elmi konfransların, aksiyaların, xeyriyyə tədbirlərinin keçrilməsinə nail olub.
Bizdə Diasporpress.az olaraq Elmar Məmmədovu səmimi qəlbdən təbrik edir,ona uzun ömür can sağlığı, vətənimiz naminə gördüyü işlərdə uğurlar diləyirik.