“1982-ci ildə Türkiyənin Los Anceles Baş konsulunu şəhid edən erməni terrorçu Hampig Sasunyan ötən ay sərbəst buraxılıb. Bu qatillərin cəzasız qalmasının yeni nəsil ekstremizm tərəfdarlarını cəsarətləndirməyə xidmət edəcəyi ilə bağlı xəbərdarlıq etmişdik”.
Bu barədə Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun “Twitter”də bildirib.
Los Ancelesdə radikal ermənilərin Azərbaycan bayrağına bürüdülmüş manekeni “edam etməsi”nə münasibət bildirən F. Altun qeyd edib ki, tarixi təhrif etmək ABŞ-da azərbaycanlıları təhdid edən erməni radikalları daha da cəsarətləndirir.
Optimal Sərfəlidir!
“Baş verənlərə görə narahatıq. Bütün təhdidlərə qarşı Azərbaycanın yanında olduğumuzu bəyan edir, ABŞ-ın səlahiyyətli şəxslərinə məsələ ilə bağlı çağırış edirik ki, ölçü götürülsün. Erməni terrorçuları tərəfindən şəhid edilən diplomatlarımızla bağlı sərgimizi 1 maya qədər Los Ancelesdə ziyarət etmək mümkün olacaq”, – deyə o vurğulayıb.
Diasporpress.az