Dünya

Almaniyanın sabiq prezidentinin oğlunu bıçaqlayıb öldürdülər

Almaniyanın sabiq Prezidenti Rixard fon Vayszekkerin oğlu Fritz fon Vayszekker rəhbərlik etdiyi klinikada məruzə oxuyarkən cinayətkar tərəfindən ölümcül yaralanıb.

Almaniyanın sabiq prezidentinin oğlunu bıçaqlayıb öldürdülərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın sabiq Prezidenti Rixard fon Vayszekkerin oğlu Fritz fon Vayszekker rəhbərlik etdiyi klinikada məruzə oxuyarkən cinayətkar tərəfindən ölümcül yaralanıb.

Bu barədə “Rundfunk Berlin-Brandenburg” nəşri məlumat verib.

Polisin məlumatına görə, hadisə Berlində Şarlottenburq sarayı yaxınlığında yerləşən Schlosspark klinikasında baş verib. Çıxış zamanı bir kişi Vayszekkerə yaxınlaşaraq, onu bıçaqlayıb.

59 yaşlı həkim aldığı yaralardan həyatını itirib.

Hadisə zamanı caniyə mane olmaq istəyən başqa bir şəxs də yaralanıb.

Hazırda şübhəli şəxs saxlanılıb. Onun cinayətinin motivləri məlum deyil.

Fritz fon Vayszekker 2005-ci ildən Schlosspark klinikasının baş həkimi vəzifəsində olub. Onun atası Rixard fon Vayszekker 1984-1994-cü illərdə Almaniyanın prezidenti olub.

 

DiasporPress.az