Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AATİB) https://az.amedeu.de saytı fəaliyyətə başlayıb.
Sayt Almaniyada yaşayan azərbaycanlı həkimlər, alimlər və tələbələr arasındakı əlaqələri, alman və azərbaycanlı həkimlər arasında bilik və təcrübələrin qarşılıqlı mübadiləsi imkanlarını araşdırmaq və təkmilləşdirmək, əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına nail olmaq məqsədilə yaradılıb.
AATİB-in əsas hədəflərindən biri tibb sahəsində fəaliyyət göstərən soydaşlarımızın peşə hazırlığının artırılmasına, kariyerasının ilk pillələrində olan həmkarlarımızın alman cəmiyyətinə inteqrasiyasına dəstək göstərməkdir. Maarifləndirmə işinin və təlimlərin keçirilməsinə xüsusi diqqət ayıran birlik üçün təhsil və sosial proqramların yaradılması, Azərbaycanda və Almaniyada konfransların təşkili və tibbi maarifin təbliği, eyni zamanda yerli və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələrinin qurulması prioritet məsələlərdəndir.
Qeyd edək ki, AATİB 2020-ci ildə rəsmi fəaliyyətə başlayıb. Almaniyada çalışan yüzlərlə azərbaycanlı tibb işçisinin təmsil olunduğu ilk cəmiyyətdir. Birlik 2020-ci ilin dekabr ayında Almaniya Federativ Respublikasının Visbaden Ədliyyə baş idarəsinin 02.12.2020-ci il 7380 №-li qərarı ilə rəsmi qeydiyyatdan keçərək ictimaiyyətə təqdim olunub.

BÜNYAMİN BÜNYADZADƏ
DiasporPress.az