1979-cı ildə Almaniyanın Frindeştayn qəsrində yerləşən muzeydən beş rəsm əsəri oğurlanıb. Bu ölkə tarixində incəsənət əşyalarının ən böyük oğurluq hadisəsi olub.
“İnterfax” məlumat verir ki, Qota şəhərinin meri oğurlanmış sənət əsərlərinin “leqallaşdırılması” ilə məşğul olan vəkillə gizli danışıqlar aparıb.
Vəkil bildirib ki, rəsmlərim “varislərini” təmsil edir və beş sənət əsərinə görə 5,25 milyon avroya satır.
Hazırda vəkil və sifarişi həyata keçirən şəxs haqqında cinayət işi açılıb. Sənət əsərləri Berlin Dövlət Muzeyinin laboratoriyasına təhvil verilib. Mütəxəssislər rəsmlərin orijinallığını yoxlayır.
DiasporPress.az