Almaniya səfiri Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin qonağı olub

Almaniya səfiri Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin qonağı olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Federativ Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hubert Knirş Marneuliyə səfəri çərçivəsində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzini (GAİM) ziyarət edib.

Diasporpress.az xəbər verir ki, GAİM-in icraçı direktoru Orxan Pirverdiyev səfirə mərkəzin yaradılması səbəbi, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə mərkəzin həyata keçidiyi müxtəlif layihələr nəticəsində Marneuli və ətraf rayonlarda yaşayan azərbaycanlı gənclərinin Gürcüstan cəmiyyətinə sıx inteqrasiya etdiklərini, məntiq və ingilis dili kursları dinləyicilərinin “1+4” proqramı üzrə ölkənin ali məktəblərinə qəbul olunduqlarını nəzərə çatdırıb, gələcəkdə mərkəzin nəzdində alman dili kurslarının da açılmasını planlaşdırdıqlarını söyləyib, mərkəzin kitabxanası üçün alman dilində kitablar istəyib.

Diplomat mərkəzin fəaliyyəti ilə yaxından tanış olduqdan sonra gənclərlə görüş keçirib. Görüş zamanı gəncləri narahat edən bir sıra problemlər barədə geniş fikir mübadiləsi aparılıb.

Hubert Knirş görülən işləri yüksək qiymətləndirib və GAİM-ə gələcək fəaliyyətində davamlı uğurlar arzulayıb.