Albaniyada baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı artmaqdadır Hazırda ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, ölənlərin sayı 18-ə çatıb.
TASS xəbər verir ki, xəsarət alanların sayı 600-dən az deyil.
Xatırladaq ki, təbii fəlakət Durres şəhərində baş verib. Paytaxt Tirana da böyük ziyan görüb.
Zəlzələnin təkanları qonşu ölkələrdə – Şimali Makedoniyada, Serbiyada, Monteneqroda, Bosniya və Herseqovinada, Yunanıstanda və Xorvatiyada da hiss olunub.
Yüzlərlə bina dağılıb. Dağıntılar altından 43 nəfərin xilas edildiyi bildirilir.
DiasporPress.az