Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu vəzifəsindən azad edilib.
DiasporPress.az-ın məlumatına görə, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova sərəncam imzalayıb.
Elnar Məmmədli isə parlamentin mətbuat katibi təyin olunub.
E.Məmmədli AzTV-nin əməkdaşıdır.
Qeyd edək ki, A.Təvəkküloğlu 2005-ci ildən parlamentin mətbuat katibi vəzifəsində çalışırdı.
DiasporPress.az