Türkiyənin müdafiə naziri, ordu generalı Hulusi Akarla Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu arasında telefon danışığı olub.
Diasporpress.az xəbər verir ki, bunu H.Akar jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, rusiyalı həmkarı ilə telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər. Oradakı terror qruplarının qısa müddətdə nəzarət altına alınması və onlara qarşı bir sıra mübarizə tədbirlərinin qüvvəyə minməsinin zəruriliyi ifadə edilib. Nazir bununla bağlı rusiyalı həmkarı ilə həmfikir olduqlarını bildirib:
“Müzakirələr qarşılıqlı anlaşma şəraitində keçdi. Suriyada tədbirlərin görülməsi ilə bağlı razlığa gəldik. Fəaliyyətimizi bu istiqamətdə davam etdiririk. Suriyada zaman-zaman atəşkəs pozulur. Türkiyə Silahlı Qüvəlləri belə hallara imkan verməyəcək. Atəşkəsin pozulması hallarının qarşısını almaq üçün lazımı addımlar atırıq”
Diasporpress.az