DİASPORPRESS.AZ xəbər verir ki, “Tut əlimdən” layihəsinin növbəti iştirakçıları şəhid İlkin Əhədzadənin övladları Fidan və Ləmanla Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova olub.
Onların birgə keçirdiyi bir gün haqqında hazırlanmış veriliş bu gün, oktyabrın 14-də saat 18.30-da AzTV-də yayımlanacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və AzTV-nin “Tut əlimdən” layihəsi şəhidlərimizin bizə əmanətləri olan övladlarının daim diqqət və qayğı əhatəsində olduqları mesajını cəmiyyətə çatdırmaqdır.
Layihə üzrə rəhbər vəzifəli və ya yaxud tanınmış hər hansı bir şəxs bir gününü şəhid övladları ilə keçirir, onarın qayğılarını bölüşür, asudə vaxtının faydalı keçməsinə dəstək olur.