Dünya

“Aİ Türkiyəyə qarşı ikili standartlardan imtina etməlidir” – Ərdoğan

“Aİ Türkiyəyə qarşı ikili standartlardan imtina etməlidir” – Ərdoğanbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Ankaraya qarşı ikili standartların tətbiqinə son qoymalıdır”.

“Anadolu” agentliyi xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasının yekunlarına dair telemüraciətində deyib.

Onun sözlərinə görə, Ankarada Avropa İttifaqının Türkiyəyə də bloka qəbul edilmiş digər ölkələr kimi eyni proses və təcrübəni tətbiq edəcəyini gözləyirlər.

Türkiyə lideri qeyd edib ki, pandemiya fonunda Avropa ölkələrində baş verən sosial təlatümlərə hakimiyyətlərin reaksiyası onların Türkiyəyə münasibətdə ikili standartlarını üzə çıxarıb.

Prezident Ərdoğan Ankara-Kiyev münasibətlərinin möhkəmləndirilməsi məsələsinə də toxunub. O vurğulayıb ki, Türkiyə-Ukrayna əlaqələrinin inkişafı istiqamətində atılan hər bir addım regionda sülh və sakitlik üçün vacibdir.

 

Diasporpress.az