AFFA İntizam Komitəsi U-14 liqasında “Xəzər Lənkəran” – “Masallı” matçında baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
DiasporPress.az məlumatına görə, noyabrın 10-da keçirilmiş qarşılaşmanın 55-ci dəqiqəsində Lənkəran təmsilçisinin baş məşqçisi İqbal Babayev meydana daxil olaraq hakimə qarşı təhqiredici ifadələr işlədib və fiziki təzyiq göstərib. Bu səbəbdən, S.Babayev 10 oyunluq cəzalandırılıb.
Bu vaxt başqa 2 futbolçu – “Masallı”dan Soltan Salmanov və “Xəzər Lənkəran”dan Elmar Məmmədov 55-ci dəqiqədə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Bundan 5 dəqiqə əvvəl isə Lənkəran klubunun digər üzvü Rafael Eyvazov referini təhqir edib. Hər 3 oyunluq 2 matçlıq cəzalandırılıb.
Bir dəqiqə sonra isə “Masallı”nın baş məşqçisi Sehran Babayev meydana daxil olaraq rəqib məşqçiyə qarşı qeyri-etik ifadələr işlədib. Bu isə S.Babayevə 2 oyunluq cəza bahasına başa gəlib.
DiasporPress.az