Ölkə

Adil Əliyev: Azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işləri Qarabağımıza yeni nəfəs gətirib

Adil Əliyev: Azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işləri Qarabağımıza yeni nəfəs gətiribbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev avqustun 22-də şəhid ailələrinin, qazilərin və seçicilərin növbəti qəbulunu keçirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, keçirilən qəbul zamanı ərazi məhdudiyyəti olmadan şəhid ailələrinin, qazilərin, habelə seçicilərin müraciətləri Adil Əliyev tərəfindən dinlənilib. Qəbul zamanı qaldırılan müxtəlif məsələlər müzakirə edilərək bir qismi yerindəcə həllini tapıb. Digər müraciətlərin həlli məqsədilə aidiyyəti qurumlara sorğular hazırlanması ilə bağlı göstərişlər verilib. Həmçinin vətəndaşların mövcud qanunvericiliklə bağlı sualları cavablandırılıb, hüquqi müstəvidə həll istiqamətləri izah olunub.

Görüşdə Adil Əliyev qeyd edib ki, xalqımız dövlətimizin başçısının ətrafında sıx birləşdiyi, Ordumuz ilə ciddi həmrəylik sərgilədiyini üçün uzun illər işğal altında qalmış tarixi torpaqlarımız düşmən işğalından azad edilib. Bildirib ki, tarixi Qələbəmizə görə məhz qəhrəman Vətən övladlarına borcluyuq. O vurğulayıb ki, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan böyük abadlıq-quruculuq işləri Qarabağımıza yeni nəfəs gətirib. Eləcə də, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti nəticəsində düşmənin tarixi torpaqlarımızı tərk etdiyini bildirən Adil Əliyev, bu gün bütün dünyanın Laçın rayonundan çıxan ermənilərin törətdikləri yanğınlara şahidlik etdiyini diqqətə çatdırıb.

Qəbulda iştirak edən şəhid ailələri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.