Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, yanvarın 20-də saat 2 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini B.Mikayılov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarı ilə gedən 40-50 yaşlı kişini vurub. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
DiasporPress.az