Abşeron rayonunda Türkiyə vətəndaşı 2 yeniyetmə oğlana qarşı seksual xarakterli hərəkətlər edib.
DiasporPress.az-ın xəbərinə görə, hadisə rayonun Masazır qəsəbəsində baş verib.
Belə ki, qəsəbə ərazisində bərbər işləyən Türkiyə vətəndaşı H.Derici salonda 2006-cı il təvəllüdlü R.R və onun dostu, 2007-ci il təvəllüdlü O.M-ya qarşı seksual xarakterli hərəkətlər edib.
Yeniyetmələr hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edib.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı H.Derici saxlanılıb.
Araşdırma aparılır.
DiasporPress.az-