Dünya

ABŞ və Çin razılığa gəldilər

ABŞ və Çin ticarət sahəsində qismən razılığa gəliblər.

ABŞ və Çin razılığa gəldilərbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Çin ticarət sahəsində qismən razılığa gəliblər.

Bu barədə “Bloomberg”  xəbər verir.

Məlumata əsasən, Pekin Amerikanın kənd təsərrüfatı məhsullarının alınmasını artırmağa razılıq verib. ABŞ isə qarşılığında çin məhsullarına gömrük rüsumlarını azaldır.

Agentlik bildirir ki, cari razılıq ticarət müharibəsinə son qoyacaq əhatəli “sülh müqaviləsi”nin bünövrəsi ola bilər.

Xatırladaq ki, ABŞ və Çin arasında ticarət danışıqlarının növbəti raundu bu həftənin cümə axşamı və cümə günləri baş tutub. Danışıqlar oktyabrın 15-nə planlaşdırılan ABŞ-ın Çin mallarına rüsumlarının növbəti dəfə artırılmasından cəmi bir neçə gün əvvəl baş tutub.

 

DiasporPress.az