Dünya

ABŞ və Avropa İttifaqı münasibətləri müzakirə olunub

ABŞ və Avropa İttifaqı münasibətləri müzakirə olunubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa İttifaqı Şurasının (European Council) sədri Şarl Mişellə telefon danışığı baş tutub.

Diasporpress.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər Avropa İttifaqı ilə ABŞ arasındakı münasibətləri müzakirə ediblər. Eyni zamanda Bayden Brüsselə səfərə dəvət edilib.

“Gəlin güclü Aİ-ABŞ ittifaqını bərpa edək. Yeni seçilmiş prezident Baydenlə danışdım və onu gələn il 27 Avropa ölkəsinin Brüsseldə keçiriləcək xüsusi iclasına dəvət etdim. İndi COVID-19 və iqlim dəyişikliyi ilə mübarizədə güclərimizi birləşdirməyin vaxtıdır”, Şarl Mişel tvitter səhifəsində yazıb.

“Yeni seçilmiş prezident Baydenlə danışmaqdan məmnun oldum. Onu qələbə münasibətilə təbrik etdim. Bu, Aİ-ABŞ qlobal tərəfdaşlığı üçün yeni bir başlanğıcdır. Güclü komanda işi, əməkdaşlıq, çoxtərəflilik, həmrəylik və paylaşılan dəyərlərə əsaslanan qlobal bir gündəmi formalaşdıra bilər”, Ursula fon der Leyen bildirib.

 

Diasporpress.az