2020-ci ilin başlanğıcından bu yana ABŞ Suriyanın şimal-şərqinə silah-sursatla dolu 300-dən çox yük maşını göndərib.
“TASS” xəbər verir ki, bunu Rusiyanın Suriyadakı yüksək rütbəli zabitlərindən biri kontr-admiral Oleq Juravlyov deyib.
Onun sözlərinə görə, ABŞ İraqdan Fərat çayının əks sahilinə 80-dən çox zirehli texnikadan və silah-sursatla dolu 300-dən çox yük avtomobilindən ibarət 13 hərbi kolon göndərib.
Juravlyov bu silah-sursatın toqquşmalarda, həmçinin türkiyəli hərbçilərə və mülki əhaliyə qarşı istifadə olunduğunu vurğulayıb.
DiasporPress.az