Yaxın bir neçə həftədə ABŞ-ın əlavə hərbi qüvvələri Səudiyyə Ərəbistanında yerləşdiriləcək.
Bu barədə ABŞ prezidenti Donald Trampın Konqresin Nümayəndələr Palatasına göndərdiyi məktubunda deyilir.
Əlavə qüvvələr ilə ABŞ hərbçilərinin Səudiyyə Ərəbistanındakı sayı 3 min nəfər təşkil edəcək.
Bu qüvvələrin bir hissəsi artıq Səudiyyə Ərəbistanındadır, digər hissəsi isə yaxın vaxtda ölkəyə göndəriləcək.
Səudiyyə Ərəbistanında həmçinin yeni radarlar və hava hücumundan müdafiə sistemləri yerləşdiriləcək.
DiasporPress.az