Əgər rəsmi Ankara qısa müddət ərzində Rusiyanın S-400-nə dair qərar qəbul etsə, Amerika senatorları Türkiyəyə qarşı sanksiya layihəsini geri götürə bilər.
Bu barədə RİA “Novosti” xarici işlər üzrə senat komitəsinin rəhbəri respublikaçı Cim Rişə istinadən məlumat verir.
Senator qeyd edib ki, S-400 məsələsi həqiqətən də həll olunarsa, Amerika tərəfi Türkiyəyə qarşı yeni sanksiyaların həyata keçirilməsi prosesini dayandıra bilər.
Riş əlavə edib ki, S-400 üzrə sanksiya və addımların taleyi tezliklə məlum olacaq. O, söhbətin aylardan deyil, günlər və ya həftələrdən getdiyinə işarə edib.
DiasporPress.az