Dünya

ABŞ Səhiyyə Nazirliyi Co Baydenə tabe olmaqdan imtina edib

ABŞ Səhiyyə Nazirliyi Co Baydenə tabe olmaqdan imtina edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Səhiyyə Nazirliyi bəyan edib ki, Ümumi Xidmətlər İdarəsi (GSA) Co Baydenin qələbəsi tanınmayana qədər demokratların namizədinin komandası ilə işləməyəcək.

Bu barədə qurumun rəhbəri Aleks Azarı açıqlamasında deyib.

“Biz çox açıq şəkildə bildirdik ki, GSA nə zaman kimin qalib gəldiyini elan edəcəksə, o zaman tam şəkildə peşəkar keçid və hazırlıq işlərinə başlayacağıq. Biz təlimat qaydalarına riayət edirik”, – deyə A.Azar vurğulayıb.

Qeyd edək ki, bir qədər əvvəl “Politico” qəzeti ABŞ Ümumi Xidmətlər İdarəsinin rəhbəri Emili Mörfinin Co Baydenin prezident seçkilərində qələbə qazandığını tanımaqdan imtina etdiyini yazmışdı.

 

Diasporpress.az