ABŞ Senatının komitəsi Con Sallivanın Rusiyada səfir kimi fəaliyyətini təsdiqləyib.
Bu barədə komitənin saytında məlumat verilib.
Hazırda o, Dövlət katibinin müavini postunu tutur. Con Sallivandan savayı, komitə daha 14 nəfərin xarici siyasətlə bağlı namizədliklərini təsdiqləyib.
Con Sallivan daha öncə Pentaqonda, Ədliyyə və Ticarət Nazirliyində yüksək vəzifələrdə çalışıb.
Dövlət Departamentində iki il çalışmasına baxmayaraq, Con Sallivan idarənin aparıcı fiqurlarından biridir.
DiasporPress.az