ABŞ və NATO hələ qoşunların Əfqanıstandan çıxarılması haqqında qərar qəbul etməyib.
Bu barədə alyansın xarici işlər nazirlərinin görüşünün nəticəsinə əsasən keçirilən brifinqdə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
Görüşdə ilk dəfə dövlət katibi kimi iştirak edən Blinkenin sözlərinə görə, bununla bağlı qərar yalnız Şimali Atlantika alyansındakı müttəfiqlərlə birlikdə qəbul ediləcək.
“Biz müttəfiqlərlə qoşunların çıxarılması haqqında qərar üzrə aktiv məsləhətləşmələri davam etdirəcəyik”, – deyə o qeyd edib. ABŞ rəsmisinin sözlərinə görə, Bayden bildirib ki, “Taliban” hərəkatı ilə razılaşmaya əsasən mayın 1-də qoşunları Əfqanıstandan çıxarmaq ABŞ üçün çətin olacaq.
Diasporpress.az