Diaspor

ABŞ mediasında Novruz bayramından bəhs edən məqalələr dərc olunub

ABŞ mediasında Novruz bayramından bəhs edən məqalələr dərc olunubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Azərbaycanlıları Şəbəkəsinin (US Azeris Network) təşəbbüsü ilə ABŞ-ın Kolorado, Delaver və İndiana ştatlarının qəzetlərində Novruz bayramından bəhs edən 3 məqalə dərc edilib.
Məqalələrdə bildirilib ki, martın 20-də mənşəyi Avrasiya ilə bağlı olan digər etnik qruplarla yanaşı, təxminən 400.000 Azərbaycan əsilli amerikalı öz Yeni ilini – Novruz Bayramını qeyd edəcək. YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil etdiyi qədim Novruz bayramının gözəl ənənə, baharın gəlişinin, təbiətin oyanmasının rəmzi olduğu nəzərə çatdırılıb. Bu bayram zamanı səməni yetişdirildiyi, yumurta boyandığı, şirniyyat hazırlandığı, evlərin təmizləndiyi, tonqal qalandığı, küsülülərin barışdığı, insanların biri-birinin evinə qonaq getdiyi və sair barədə məlumat verilib. Bu qədim, dünc və əyləncəli ənənənin yalnız azərbaycanlıları deyil, bütün insanları daha da yaxınlaşdırdığı, sivilizasiyalararası dialoqu gücləndirdiyi, qarşılıqlı anlaşma və mədəni müxtəlifliyi təşviq etdiyi vurğulanıb.

Məqalələri aşakıdakı linklərdən oxumaq mümkündür: 
https://www.wabashplaindealer.com/opinion/celebrate-novruz-bayram-2021/article_6c4908ea-06c5-5148-84cf-b0d966f5682f.html

https://www.delawareonline.com/story/opinion/contributors/2021/03/16/letters-southern-border-crisis-norvuz-bayram-way/4708343001/

https://www.dailycamera.com/2021/03/16/letters-to-the-editor-university-hill-riot-spring-holiday-silvia-pettem-development-animal-welfare-textbook-costs/amp/

 

 

DİASPORPRESS.AZ