ABŞ koronavirusa qarşı mübarizədə SSRİ təcrübəsinə müraciət edir

ABŞ koronavirusa qarşı mübarizədə SSRİ təcrübəsinə müraciət edirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da SARS-CoV-2 ilə mübarizə üçün bəzi ölkələrdə, o cümədən SSRİ-də aktiv istifadə olunmuş vərəm və poliomielit əleyhinə peyvəndlər sınaqdan keçirilir.

“Washington Post” xəbər verir ki, Texasın A&M Universitetinin professoru Cefri Sirilo bunun dünyada COVID-19-la mübarizə aparmaq üçün yeganə peyvənd olduğunu deyib.

Qeyd olunur ki, belə bir peyvənd birbaşa SARS-CoV-2-yə qarşı yönəldilmir, lakin COVID-19-dan ölümü azalda bilər. Hal-hazırda 1 800 nəfərdən 450-si Texasda vaksinləşdirilib.

Məlumatda əhalisinin vərəm əleyhinə aktiv şəkildə peyvənd edildiyi Pakistanda bu cür vaksinlərin çox az edildiyi ABŞ-la müqayisədə koronavirus infeksiyasından ölüm nisbətinin daha aşağı olduğuna diqqət çəkilir.

1960-1970-ci illərdə SSRİ-də valideynlərin övladlarına hər payız oral poliomielit peyvəndi vermələri onların qripdən yüksək formada qorunmasına təsir edib.

Bununla yanaşı, qeyd olunur ki, əhalisinin sözügedən peyvəndi fəal istifadə etdiyi Braziliya və İsraildə COVID-19-dən ölüm nisbəti qlobal səviyyədən aşağı deyil.

Xatırladaq ki, aprel ayında Ümumdünya Səhiyyə Təşkilatı bu peyvəndin koronavirusa qarşı təsiri barədə heç bir sübutun olmadığını bəyan etmişdi.

Mart ayında isə ABŞ-dan olan epidemioloqlar vərəm əleyhinə peyvəndlə koronavirusa yoluxma hallarının azalması arasında əlaqə tapdıqlarını bildirmişdilər.

 

DiasporPress.az