ABŞ-ın şərqindəki Tennessi ştatında şənbə günü başlayan daşqınlar nəticəsində azı 22 nəfər həlak olub, 50 nəfərdən çox insan itkin düşmüş hesab edilir.
Hakimiyyətə istinadən yerli WKRN telekanalı bu barədə məlumat yayıb.
Fövqəladə xidmətlərin məlumatına görə, Xamfris dairəsinin yerli hakimiyyət orqanları 51 nəfərin itkin düşdüyünü hesab edir. Mütəxəssislər axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Daha əvvəl 17 nəfərin həlak olması, 42 nəfərin itkin düşməsi haqqında bildirilib.