ABŞ-ın Suriyanın Deyr-ez-Zor əyalətindəki hərbi bazası raket atəşinə məruz qalıb.
Bu barədə “Al-Mayadeen” telekanalı xəbər verib.
Məlumata görə, atəş nəticəsində ABŞ-ın bir neçə hərbi qulluqçusu xəsarət alıb.
“Deyr-ez-Zorun şimalındakı Amerika bazasına naməlum istiqamətdən raketlər atılıb. Atəş Amerikanın bir neçə hərbçisinin xəsarət almasına səbəb olub”, – telekanalın xəbərində deyilir.
Pentaqon hələlik bu məlumatı şərh etməyib.
Diasporpress.az