ABŞ Federal Təhqiqatlar Bürosu səudiyyəli zabitin hərbi aviabazada törətdiyi silahlı hadisəni terror aktı kimi qiymətləndirib.
“RİA Novosti” xəbər verir ki, bu barədə FTB-nin xüsusi agenti Reyçel Roxas açıqlama verib.
Yerli telekanallardan birində yayımlanan mətbuat konfransında danışan agent “Biz bu hadisənin terror aktı olması ehtimalı üzərində işləyirik”, – deyib.
Qeyd edək ki, dekabrın 6-da Florida ştatındakı hərbi bazada atışma zamanı, silahlı cinayətkar da daxil olmaqla, dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Hücum edən şəxsin Səudiyyə Ərəbistanındakı hərbi bazaların birində təlim keçmiş Məhəmməd Səid əl-Şamrani adlı zabit olduğu bildirilir.
Hücumun terrorla əlaqəli olub-olmadığı hələlik tam məlum deyil.
DiasporPress.az