Türkiyə bütün cəhdlərə baxmayaraq Rusiya istehsalı olan silahlardan, o cümlədən S-400 ZRK-lardan imtina etmək istəmir.
“İnterfaks” xəbər verir ki, bunu ənənəvi brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
“Vaşinqton və Ankara arasında olan ziddiyətlərdə dəyişməyən bir məqam varsa o da türklərin səhv istiqamətdə hərəkət etməkdə davam etmələridir”, – deyə ABŞ rəsmisi bildirib.
Onun sözlərinə görə, ABŞ-ın təkidinə səbəblərdən biri də NATO üzrə müttəfiq olan Türkiyədə tikilən hərbi bazalara milyonlarla vəsaitin xərclənməsidir. Rusiya silahlarının alınması ucbatından Türkiyə müəyyən imtiyazlardan, o cümlədən F-35 qırıcılarından məhrum edilib.
ABŞ diplomatı onu da bildirib ki, iki ölkə arasında hərbi sahədə öhdəliklər və əlaqələr var, bu isə gələcəkdə Vaşınqtonla Ankaranın münasibətlərinə müsbət təsir göstərə bilər.
DiasporPress.az