ABŞ-da yeni siyasi partiya yaradılır. Respublikaçı və Demokrat partiyalarının bir neçə keçmiş nümayəndəsi “Forward” (“İrəli”) partiyası ətrafında toplaşır. Yeni partiyaya biznesmen, Demokrat Partiyasından prezidentliyə keçmiş namizəd Endryu Yanq və Nyu-Cersinin keçmiş qubernatoru Kristin Todd Uitman sədrlik edəcəklər.
Təşkilatın ilkin büdcəsi beş milyon dollar olacaq. Bu yeni siyasi birlik qeydiyyatı başa çatdırmağı və 2024-cü ildə keçiriləcək seçkilərdə 50 ştatın hamısında respublikaçılar və demokratlarla birlikdə iştirak etməyi planlaşdırır.
Məsələ ilə bağlı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın sözlərinə görə, həmin siyasi hərəkat hesab edir ki, ABŞ-ın öldürülən insanların maraqlarını təmsil edəcək yeni siyasi partiyaya ehtiyacı var və siyasi həyatda kompromis tapmaq lazımdır:
“ABŞ-da formal olaraq respublikaçı, demokrat və müstəqil olmaqla üç siyasi lider, eləcə də digər məşhur şəxslər “Forward” (“İrəli”) adlı yeni siyasi partiya yaradırlar. Müasir ABŞ tarixində ilk dəfə rəy sorğuları göstərir ki, əhalinin 50 faizi, yəni amerikalı seçicilərin yarısı, özünü müstəqil hesab edir. Bu isə ya Respublikaçılar, ya da Demokrat Partiyasına üzvlük deməkdir. Bəzi sorğulara görə isə respublikaçıların və demokratların üçdə ikisi hesab edir ki, bizim üçüncü siyasi partiyaya ehtiyacımız var. Çünki ABŞ-ın siyasi sistemində debatlar hazırda ekstremal həddə çatıb.
Demokrat Partiyasında silahlara nəzarət, abort hüququ və ya iqlim dəyişikliyi kimi bəzi əsas məsələlərdə çox sərt mövqe tutan ultrasolçular və əks fikirdə olan ifrat sağçılar var. Siyasi partiyalar isə həddindən artıq sağçılar və ya solçular tərəfindən sıx şəkildə idarə olunanda debatlar ağılsız, kompromis isə mümkünsüz olur. Konqresdə bir partiya digəri üzərində siyasi güc qazandıqda onlar səsvermə qaydalarını dəyişdirməyə və ya başqa sözlə desək, səsvermə xəritəsini dəyişdirməyə meyil edirlər ki, növbəti seçkilərdə Konqresdə partiyalarının nəzarət etdiyi yerlər öz əllərində qalsın. Beləliklə, ABŞ-da siyasi sistem dağılır. 30 milyon amerikalı hazırkı hökumətə qarşı zorakılığın istifadəsinə haqq qazandıra biləcəyini deyir. Nəticədə formal olaraq ABŞ-ın siyasi liderləri göz qabağında olan ehtiyacı ödəməyə çalışırlar”.
Amerikalı diplomat mövcud problemin kifayət qədər insanı aktiv olmağa motivasiya etdiyini vurğulayıb:
“Çünki siyasi səbəblər və ya siyasi liderlərin emosiyalarımızı qızışdırmadığı artıq sosioloji faktdır. Duyğularımız, adətən, ağır arqumentlərdən alovlanır. Belə ki, keçmişdə dəyişiklik tərəfdarı olan insanlar üçün maraq yaratmaq çox çətin idi. Keçmişdə üçüncü partiyanın Demokrat və ya Respublikaçılar Partiyasının bir hissəsinin səslərini qazanmaq cəhdi uğursuz oldu, buna görə də heç vaxt kritik sayda həmfikir insan kütləsinə sahib olmadılar.
Hazırkı fərq isə ondan ibarətdir ki, qrup ABŞ siyasətinin mərkəzində o qədər böyüyə bilər ki, o, Respublikaçılar və ya Demokratlardan daha güclü olar. Amma bu, çox çətin mübarizə olacaq, çünki hələlik seçkilərin qaydalarını və ümumilikdə ABŞ siyasətini Respublikaçılar və Demokratlar formalaşdırırlar. Onlar hakimiyyətdən əl çəkmək istəmirlər. Ona görə də mən hesab edirəm ki, üçüncü tərəfin təşəbbüsü, sələflərində olduğu kimi, uğursuzluğa düçar olacaq. Reallığa baxmayaraq, həqiqətən, onların səylərinin uğur qazanacağına ümid edirəm”.