Diaspor

ABŞ-da Qarabağ mitinqi keçiriləcək

ABŞ-da Qarabağ mitinqi keçiriləcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar ümumamerika Qarabağ mitinqi keçiriləcək.

Bu barədə Diasporpress.az-a Azərbaycan Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli məlumat verib.

“Mitinqdə ABŞ-ın bütün ştat və şəhərlərində yaşayan azərbaycanlıların iştirakı planlaşdırılır. Bunun üçün paytaxt Vaşinqtona müxtəlif maşrutlar üzrə avtobuslar təşkil olunub. Dinc mitinqi keçirməkdə məqsəd dünya ictimayyətinin diqqətini ermənilərin Xocalıda törətdiyi qanlı cinayətə çəkməkdir”, – Ercan Yerdələnli bildirib.