ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində polis zabiti 16 yaşlı afroamerikalı qızı öldürüb.
Bu barədə məlumat 10TV telekanalının “Twitter” səhifəsində dərc edilib.
Məlumata əsasən, afroamerikalı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Kolumbus şəhərin meri Endrü Djinter insidentin kameralar tərəfindən qeydə alındığını deyib və hadisənin obyektiv araşdırılacağına söz verib.
Diasporpress.az