ABŞ-da baş vermiş atışmada azı bir nəfər həlak olub.
Bu barədə ABC teleşirkəti məlumat yayıb.
Məlumata görə, hadisə Texas ştatının Uaynon şəhərində baş verib. Atışma zamanı həmçinin bir neçə nəfər xəsarət alıb.
Hadisə nəticəsində həlak olan şəxs keşişdir. Onun yerli kilsələrdən birində gizlənən şəxs tərəfindən öldürüldüyü bildirilir. ABC-nin məlumatına görə, kişi keşişdən aldığı odlu silahdan onun özünə atəş açıb. Hadisə nəticəsində daha iki nəfər xəsarət alıb.
Yerli polis idarəsinin nümayəndəsi bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Texasın qubernatoru Qreq Ebott həlak olmuş şəxsin ailəsinə başsağlığı verib və hüquq-mühafizə orqanlarının əməkdaşlarına minnətdarlığını ifadə edib.
Diasporpress.az