ABŞ-ın Detroyt şəhərində polis əməkdaşı tərəfindən öldürülən afroamerikalıya görə etiraz aksiyaları zamanı bir nəfər həlak olub.
Bu barədə “Detroit News” hüquq mühafizə orqanlarına istinadla xəbər yayıb.
Məlumata görə, saxlanılanların sayı 40-a çatıb.
Bildirilir ki, etirazçılar arasında maşınla hərəkət edən bir şəxs silahdan atəş açıb, nəticədə aksiyaçılardan biri həyatını itirib. Hüquq mühafizə orqanından atəş açan şəxsin kimliyinin araşdırıldığı bildirilib.
Qeyd edək ki, Minneapolis şəhərində polis qaradərili Corc Floydu saxlayarkən amansız hərəkətlərə yol verib. Həbs zamanı ağır çəkili polis əməkdaşı dizi ilə yerə yıxılmış C.Floydun boyun nahiyəsinə təzyiq edib.
C.Floyd nəfəs ala bilmədiyini desə də, asayiş keşikçisi buna əhəmiyyət verməyib. Nəticədə, afroamerikalı boğularaq ölüb. Bundan dərhal sonra hadisənin baş verdiyi şəhərdə etiraz aksiyaları başlayıb.
Etiraz aksiyalarına ABŞ-ın bir çox digər şəhərlərinin sakinləri də qoşulub. İğtişaşlar nəticəsində aptek, supermarket, geyim mağazaları, bərbərxanalar, yanacaqdoldurma məntəqələri, avtomobil təmiri sexləri, restoranlar daha çox zərər görüb.
DiasporPress.az