Dünya

ABŞ-da dərc olunan nəşrdə Ermənistan tərəfindən satın alınmış alman deputatların adları açıqlanıb – SİYAHI

ABŞ-da dərc olunan nəşrdə Ermənistan tərəfindən satın alınmış alman deputatların adları açıqlanıb – SİYAHIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

ABŞ-ın nüfuzlu “The USA Tribune” nəşri Ermənistan dövlətindən və erməni lobbisindən rüşvət alan alman deputatların adlarını açıqlayıb.

Qalmaqallı siyahıda neo-nasistlərin, irqçilərin, pedofillərin və təcavüzkarların adları yer alıb.

Nəşrdə qeyd olunur ki, Azərbaycan ordusu 2020-ci ilin payız ayında 1993-cü ildə Ermənistan tərəfindən işğal olunan əraziləri uğurlu hərbi əməliyyatlar nəticəsində işğaldan azad etdi:

“Bu müharibələrdən əvvəl dünyanın qeyri-sabit bölgələrindəki separatçı hərəkatlar, sözdə separatçılığın “paytaxtları” olaraq ortaya çıxaraq Avropa qanunvericilərinə rüşvət verməklə “seçkilərdə” varlıqlarını “qanuniləşdirdi”.

Məqalədə qeyd olunur ki, 2020-ci ilin payızına qədər Almaniya erməni lobbi təşkilatlarının korrupsioner millət vəkillərini ələ almağa çalışdığı əsas ölkələrdən biri idi:

“Məsələn, ultra-sağçı “Almaniya üçün Alternativ” partiyasının bir neçə üzvü 1992-ci ildən başlayaraq Ermənistanın Qarabağdakı xunta rejimini dəstəkləyirdi”.

Yazıda 2017-ci ildən başlayaraq “Almaniya üçün Alternativ” və Bundestaqın Avropa Parlamentində təmsil olunan deputatların Azərbaycanın əvvəllər işğal altında olan ərazilərinə bir neçə dəfə qanunsuz səfər etdiyi vurğulanır.

“The USA Tribune” nəşri yazır ki, “Almaniya üçün Alternativ” islamofob, antisemit, irqçi, anti-demokratik, Avropa dəyərlərinə zidd olan siyasi qüvvədir və ekstremist meyllərinə görə Almaniya kəşfiyyatı tərəfindən izlənilir.

Almaniyadakı bütün digər siyasi partiyalar, federal hökumət, əyalət hökumətləri, bu partiya ilə hər hansı bir əməkdaşlıq etməkdən, koalisiya yaratmaqdan imtina edirlər.

“Almaniya üçün Alternativ” partiyasının üzvləri Ermənistan və postsovet məkanındakı digər ərazi münaqişələri nəticəsində yaranan separatçı rejimlərlə sıx əməkdaşlıq edir və tez-tez separatçı bölgələrə səfər edirlər.

“The USA Tribune” nəşri “Almaniya üçün Alternativ” partiyasının Ermənistanla sıx əməkdaşlıq edən üzvlərinin adlarını dərc edib:

1.Stefan Koyter,

2.Andreas Kalbis,

3.Şteffen Kotraya,

4.Andreas Qalau

5.Lars Patrick Berq,

6.Enriko Komninq,

7.Xolqer Arpp,

8.Tomas Rudi,

9.Manuel Oksenrayte,

10.Sevim Daqdelen,

11.Qreqor Qizi,

12.Ulla Djelpke,

13.Albert Veyler,

14.Manfred Qrund,

15.Till Mansmann,

16. Cem Özdemir,

17. Martin Sonneborn,

18. Qünter Pilarski,

19. Stiven Brayan Fera,

20. Otto Luxterxandt,

21.Tessa Hofmann

 

 

 

 

Diasporpress.az