Berlin Ankara ilə münasibətlərdə sanksiyaların əvəzinə pozitiv dialoqun yaradılmasını, Türkiyənin qazanılması strategiyası ilə Aralıq dənizində gərginliyi azaltmağı və problemin idarəlunan səviyyəyə salınmasını hədəfləyir.
Bu barədə türkiyəli professor Nurşin Atəşoğlunun məqaləsində bildirilib.
“Avropa Birliyinin son dönəmlərdə itirdiyi təsir və nüfuza qarşılıq Ankaranın xüsusilə, regional oyunçu kimi güc və təsirinin artdığını görürük. Dolayısı ilə Brüssel münasibətlərini normallaşdırmaq məcburiyyətində olduğunun fərqindədir. Bu səbəbdən “pozitiv gündəm” deyilən bir ifadə ortaya atıldı. Ancaq günümüzün şərtlərində inşa edilməsi istənilən AB-Türkiyə əlaqələrinin önündə əngəl olaraq birliyin parçalanmış mənzərəsi dayanır”, – Atəşoğlunun məqaləsində qeyd olunub.
Diasporpress.az